Qelebə.az / Qılıncoynatma üzrə Azərbaycan millisi Dünya Kubokunda gümüş medal qazanıb

Qılıncoynatma üzrə Azərbaycan millisi Dünya Kubokunda gümüş medal qazanıb

12-02-2023, 16:29

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Özbəkistanın paytaxtı Daşkənddəki Dünya Kubokunda gümüş medal qazanıb.

"QELEBE.AZ"un məlumatına görə, yığma finalda Bolqarıstan seçməsinə 40:45 hesabı ilə uduzub.

Anna Başta, Palina Kaspiaroviç, Valeriya Bolşakova və Səbinə Kərimovadan ibarət kollektiv ilk görüşdə Kanada millisinə 45:38 hesabı ilə qalib gəlmişdi.

Komanda 1/4 finalda Fransanı 45:44, yarımfinalda Macarıstanı 45:47 hesabı ilə üstələyib.

Geri qayıt