Qelebə.az / “Siti”nin futbolçusu Bundesliqaya qayıda bilər

“Siti”nin futbolçusu Bundesliqaya qayıda bilər

Bu gün, 11:35

“Bavariya” klubu “Mançester Siti”nin müdafiəçisi Yoşko Qvardiolu heyətinə qata bilər.

Apasport.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Almaniya nəhəngi xorvatiyalı futbolçunu yenidən Bundesliqaya qaytarmağı nəzərdən keçirir.

Klubun sabiq kapitanı Lotar Matteus da bu marağı təsdiqləyib və ilkin danışıqların aparıldığını bildirib.

Qeyd edək ki, futbolçu cari mövsümdə 24 matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalının qiymətləndirməsinə əsasən, futbolçunun hazırkı transfer dəyəri 70 milyon avro təşkil edir.

Geri qayıt