Qelebə.az / Millimizdən gümüş medal

Millimizdən gümüş medal

Dünən, 14:19

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Rumıniyanın Buxarest şəhərində keçirilən beynəlxalq yarışda uğurlu çıxış edib.

QELEBE.AZ xəbər verir ki, yığmamız çoxnövçülük proqramında gümüş medal qazanıb.

Komandamızın heyətində Sofiya Məmmədova, Şəms Müvəffəqi, İlahə Bahadırova, Zəhra Cəfərova, İlona Zeynalova və Alina Məmmədova yer alıblar.

Azərbaycan gimnastları çıxışlarını ikinci pillədə başa vuraraq beynəlxalq yarışda fəxri kürsüyə yüksəliblər.

Geri qayıt