BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ərəfəsində təşkil olunan “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində “Gender bərabərliyi çərçivəsində şəhər və regionlarda idman mühitindəki qadın və qız idmançılar üçün inklüziv antidopinq yanaşmaları” mövzusunda beynəlxalq konfrans təşkil olunub.
Apasport.az xəbər verir ki, Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə keçirilən tədbirdə idmanda gender bərabərliyi, inklüzivlik, sağlam və təhlükəsiz idman mühitinin formalaşdırılması, həmçinin antidopinq siyasətində beynəlxalq təcrübə müzakirə olunub.
Konfransda Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev, Milli Məclisin deputatı Nigar Arpadarai, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Elnur Məmmədov, AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə və digər yerli, xarici ekspertlər çıxış ediblər.
Plenar sessiyalarda qadın idmançılar üçün inklüziv mühitin yaradılması, risk faktorları, təhsil yanaşmaları və gender əsaslı antidopinq siyasətinin effektivliyi müzakirə olunub.
Tədbirin sonunda iştirakçılar təmiz idman prinsiplərinin və gender bərabərliyinin təşviqinin vacibliyini vurğulayıblar.