Qelebə.az / "UFC-329"da möhtəşəm döyüş gecəsi: Makqreqor, Hollovey, Pimblett, Sen-Denis!

"UFC-329"da möhtəşəm döyüş gecəsi: Makqreqor, Hollovey, Pimblett, Sen-Denis!

Bu gün, 11:23

Mütləq Döyüş Çempionatının (UFC) növbəti döyüş gecəsinin qarşılaşmaları açıqlanıb.

Apasport.az xəbər verir ki, "UFC-329" iyulun 11-dən 12-nə keçən gecə baş tutacaq.

Tədbirin əsas kartında 5 döyüş yer alıb.

"Main event"də MMA əfsanəsi Konor Makqreqor Maks Holloveylə qarşılaşacaq. Mübarizə yarımorta çəkidə baş tutacaq.

"Co-main event"də Benoyt Sen-Denislə Peddi Pimblett üz-üzə gələcək. Liverpullu döyüşçü qələbə qazanaraq yüngül çəkidə yenidən kəmər döyüşünə çıxmaq niyyətindədir.

Günün digər döyüşlərində Kori Sandhagen Mario Bautista ilə, Brendon Royval isə Loni Kavanaqla qarşılaşacaq.

Əsas kartın son döyüşündə Qeybl Stiveson - Elişa Elisson döyüşü yer alıb.

Qeyd edək ki, "UFC-329" "Baku Fight Night: Fiziev vs. Torres" döyüş gecəsindən sonra keçiriləcək.

Geri qayıt