Qelebə.az / Premyer Liqa: Çempion “Neftçi”yə qarşı - YENİLƏNİR

Premyer Liqa: Çempion “Neftçi”yə qarşı - YENİLƏNİR

Bu gün, 09:28

Misli Premyer Liqasında XXXII tura yekun vurulacaq.

QELEBE.AZ xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək.

Mövsümün qızıl medallarını təmin edən “Sabah” öz meydanında “Neftçi”ni qəbul edəcək.

Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda üçün bu qarşılaşma formal xarakter daşıyır. Yuri Vernidubun çalışdırdığı kollektiv isə görüşdən qalib ayrılmağı hədəfləyir. “Ağ-qaralar” turnir cədvəlində ən yaxın izləyicisi olan “Zirə” ilə aradakı 3 xallıq fərqi qorumağa çalışacaq.

Misli Premyer Liqası

XXXII tur

18:00. “Sabah” – “Neftçi” 

Baş hakim: Kamal Umudlu
“Bank Respublika Arena”

Geri qayıt