Kiprin “Omoniya” (Aradipu) klubunun futbolçusu Jali Muaddibin gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, fransalı vinger komandadan ayrılıb.
Bu barədə 25 yaşlı futbolçu şəxsi soial media hesabından məlumat yayıb.
Futbolçunun yaxın günlərdə Ağdam təmsilçisi ilə rəsmi müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Muaddib bu mövsüm çıxış etdiyi 32 rəsmi matçda 4 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
