Qelebə.az / “Bavariya” XXI əsrdə Avropanın top-5 liqasında qol rekordunu qırıb

“Bavariya” XXI əsrdə Avropanın top-5 liqasında qol rekordunu qırıb

Bu gün, 21:30

Almaniyanın “Bavariya” klubu Avropanın aparıcı beş çempionatında bir mövsümdə vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

APA xəbər verir ki, Münhen təmsilçisi Bundesliqanın son turunda “Köln”ü 5:1 hesabı ilə darmadağın edib.

Bununla da komanda mövsüm ərzində vurduğu qolların sayını 122-yə çatdırıb.

Əvvəlki rekord 2011/2012 mövsümündə 121 qol vuran Madrid “Real”ına məxsus idi.

Geri qayıt