Qelebə.az / Ayxan Abbasov: "Şamaxı"ya bundan sonra uğurlar arzulayıram"

Ayxan Abbasov: "Şamaxı"ya bundan sonra uğurlar arzulayıram"

Bu gün, 19:33

"Şamaxı" Misli Premyer Liqasının XXXII turunda doğma meydanda "Turan Tovuz"u 3:2 hesabı ilə məğlub edib.

QELEBE.AZ xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib: 

"Evdə son oyunumuz idi. Azarkeşlərimizin qarşısında xal qazanmaq istəyirdik. Güclü rəqibə qarşı oynadıq. "Turan Tovuz"a Konfrans Liqasında uğurlar arzulayıram. Turnir cədvəlində yerimizi qorumaq istəyirdik. "Turan Tovuz"la gərgin və maraqlı oyunlarımız olub. Amma qalib gələ bilmirdik. Azarkeşlərə təşəkkür edirəm. Bir oyun qalıb. "Şamaxı"ya bundan sonra uğurlar arzulayıram".

Geri qayıt