Misli Premyer Liqasının XXXII turunun “Şamaxı” – “Turan Tovuz” oyunundan (3:2) sonra qnaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.
QELEBE.AZ xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.
”İlk hissədə yaxşı oynamadıq. Hakim barədə sual verməyin, danışmayacağam. İkinci hissədə daha aqressiv oynadıq və hesabı bərabərləşdirdik. Amma təəssüf ki, sonra yenə qol buraxdıq”.
– Avrokuboklara vəsiqəni təmin etməyiniz futbolçulara təsir göstərdi?
– Müəyyən mənada, hə. Çünki ilk hissədə diqqətsizlik var idi. İkinci hissədəki oyuna görə futbolçulara təşəkkür etdim, gedişatı dəyişə bildik. Qol buraxmasaydıq, daha yaxşı olardı.
– Müdafiəçilərin epizodlara gec reaksiya verməsi nə ilə bağlı idi?
– İlk hissədəki oyuna görə razılaşmaq olar. Amma rəqib futbolçular da aqressiv idi. Bəzən ikinci topların götürülməsində də gecikdik. Fasilədən sonra çatışmazlıqları aradan qaldıra bildik.
– İki komandanın da aqressiv oyunu nədən qaynaqlanırdı?
– Hakimliyə görə belə oldu.
– Nəzərdə tutduğunuz transferlər var, ya axtarışdasınız?
– Axtarışlarımız davam edir, yekun nəticə yoxdur.
– Neçə transfer istəməyinizlə bağlı rəhbərliklə danışmısınız?
– Hər şey tapacağımız keyfiyyətli oyunçu sayından asılı olacaq.