Qelebə.az / "Neftçi" ikinci matçda da məğlub oldu: Dünya Seriyası

"Neftçi" ikinci matçda da məğlub oldu: Dünya Seriyası

Bu gün, 11:47

“Neftçi”nin qadınlardan ibarət 3x3 basketbol komandası bu gün Çinin Şanxay şəhərində keçirilən Dünya Seriyasında mübarizəyə start verib.

Apasport.az xəbər verir ki, Ratomir Deliçin yetirmələri ilkin mərhələdə iki oyun keçirib.

“Ağ-qaralar” ilk görüşdə Tayland yığması ilə üz-üzə gəlib. Görüş rəqibin 19:14 hesablı qələbəsi ilə nəticələnib.

Komanda ikinci matçda Niderlandın “Amsterdam” klubu ilə qarşılaşacaq. Bu görüş Niderland təmsilçisinin qalibiyyəti ilə nəticələnib - 18:15.

Qeyd edək ki, Dünya Seriyasının Şanxay mərhələsinə mayın 17-də yekun vurulacaq.

Geri qayıt