"Bavariya" kapitanı Manuel Noyerin mövsümün sonunda başa çatan müqaviləsinin müddətini uzadıb.
QELEBE.AZ xəbər verir ki, bu barədə Almaniya çempionunun mətbuat xidməti məlumat yayıb.
40 yaşlı qapıçı ilə 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Manuel Noyer 2011-ci ilin yayından "Bavariya"da çıxış edir.
Almaniya millisinin üzvü cari mövsümdə Münhen təmsilçisinin heyətində 36 rəsmi matçda meydana çıxıb.