Qelebə.az / "Qarabağ" gümüş üçün meydana çıxır: "İmişli" sınağı - YENİLƏNİR

"Qarabağ" gümüş üçün meydana çıxır: "İmişli" sınağı - YENİLƏNİR

Bu gün, 11:56

Bu gün Misli Premyer Liqasının XXXII turu çərçivəsində daha iki oyun baş tutacaq. 

Apasport.az xəbər verir ki, iki qarşılaşma da saat 17:00-da start götürəcək.

"Qarabağ" Bakıda "İmişli"ni qonaq edəcək. Oyun "İmişli" üçün nə qədər formal xarakter daşıyırsa, Ağdam təmsilçisi üçün də Avropa Liqasına vəsiqə uğrunda çoz vacib sayılır.

Aktivində 63 xal olan və ən yaxın izləyicisi "Turan Tovuz"u 4 xal qabaqlayan Qurban Qurbanovun yetirmələri bu oyundan qələbə ilə ayrılacağı halda istəyinə çatacaq və "gümüş" medalı rəsmiləşdirəcək.

Misli Premyer Liqası

III dövrə, XXXII tur

17:00. "Qarabağ" - "İmişli"

Hakimlər: Emin Əliyev, Asiman Əzizli, Rəhman İmami, Nicat İsmayıllı
VAR: Əliyar Ağayev
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.

Geri qayıt