“Napoli”nin futbolçusu Romelu Lukaku komandanı tərk etməyə yaxındır.
QELEBE.AZ xəbər verir ki, onun xidmətində iki Türkiyə klubu maraqlıdır.
Hücumçunu “Fənərbaxça” və “Beşiktaş” transfer etmək istəyir.
Bildirilir ki, klublar forvardla danışıqlara başlayıblar.
Qeyd edək ki, Lukaku bu mövsüm 7 oyunda meydana çıxıb.