Qelebə.az / Ancelotti Braziliya millisi ilə müqaviləni 2030-cu ilə qədər uzadıb

Ancelotti Braziliya millisi ilə müqaviləni 2030-cu ilə qədər uzadıb

Dünən, 23:23

İtaliyalı mütəxəssis Karlo Ancelotti Braziliya milli futbol komandası ilə müqaviləsini 2030-cu ilə qədər uzadıb.

APA xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl tərəflər arasında imzalanmış müqavilə 2026-cı il dünya çempionatının sonuna qədər nəzərdə tutulmuşdu.

Geri qayıt