Azərbaycanın paralimpiya çempionu İmaməddin Xəlilov xüsusi mükafata layiq görülüb.
Apasport.az xəbər verir ki, Avropa Taekvondo Birliyinin (European Taekwondo Union) 50 illik yubileyi münasibətilə təşkil olunan tədbirdə Avropanı təmsil edən 8 Olimpiya və Paralimpiya çempionuna xüsusi mükafat təqdim edilib.
Mükafata layiq görülən idmançılar arasında Azərbaycanı təmsil edən İmaməddin Xəlilov da yer alıb.