Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelini Türkiyəyə gedəcəyi vaxt bəlli olub.
"QELEBE.AZ"un əldə etdiyi məlumata görə, 26 yaşlı hücumçu sabah Konya şəhərinə yollanacaq.
Emreli icarə əsasında "Konyaspor"un formasını geyinəcək. Onun ilkin müqaviləsi mövsümün sonunadək nəzərdə tutulacaq.
Qeyd edək ki, Mahir Emreli 2022-ci ilin fevralında keçdiyi “Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb.
Azərbaycan millisinin və Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun futbolçusu Mahir Emreli Türkiyə Super Liqasında oynamağa yaxındır.
"QELEBE.AZ" xəbər verir ki, bu barədə məlumatı xorvatiyalı jurnalist İzak Ante Susiç yayıb.
Bildirilib ki, 25 yaşlı hücumçu Konya təmsilçisi ilə ilkin razılıq əldə edib.
Klublar arasında isə danışıqlar davam edir. Hücumçunun satınalma imkanı verən icarə müqaviləsi əsasında Türkiyəyə köçməsi gözlənilir.