Lionel Messinin formasını geyindiyi “İnter Mayami” MLS-də növbəti oyunuu keçirib.
Apasport.az xəbər verir ki, komanda səfərdə “Sinsinati” ilə üz-üzə gəlib.
8 qolun vurulduğu matçsa “İnter Mayami” rəqibini 5:3 hesabı ilə məğlub etməyi bacarıb.
Messi bu görüşdə start heyətdə meydana çıxıb və 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “İnter Mayami” 13 turdan sonra 25 xalla 2-ci pillədə qərarlaşıb.