Azərbaycanda start verilən “Bakı-Xankəndi” veloyürüşünün dördüncümərhələsi başa çatıb.
QELEBE.AZ saytının turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu raundda idmançılar Gəncədən start götürməklə Naftalana qədər 152,7 km məsafə qət ediblər.
Mərhələnin qalibi "Bardiani CSF 7 Saber" komandasının üzvü italiyalı Marko Manenti olub.
"Astana"dan Henok Mulubrhan ikinci, ekvadorlu Pita Kristian David ("Roojai İnsurance Winspace") üçüncü yeri tutub.
Qeyd edək ki, ilk mərhələdə finişə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko birinci çatıb. Növbəti gün "Astana"nın qazaxıstanlı velosipedçisi Yevgeni Fyodorov qalib olub. Üçüncü mərhələdə "Astana"nın rusiyalı üzvü Qleb Suritsa bütün rəqiblərini qabaqlayıb.