Futzal üzrə Yüksək Liqada XX turun bir oyununa hakim təyinatları açıqlanıb.
QELEBE.AZ xəbər verir ki, tur çərçivəsində “Şuşa” və “Baku Fire” komandaları üz-üzə gələcək.
Qarşılaşma 14 may tarixində “Olimpik Star”da saat 16:00-da keçiriləcək.
Görüşü Elgün Hüseynovun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Ona Kənan Məlikov və Rza Məmmədov kömək edəcəklər. Hakim-inspektor funksiyasını isə Murad Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, futzal üzrə Yüksək Liqada mövsümə mayın 18-də keçiriləcək “Neftçi” İK - “Araz-Naxçıvan” matçı ilə yekun vurulacaq.