Türkiyənin birinci liqasında çıxış edən “Adanaspor” liqadan çəkildiyini açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə klub açıqlama yayıb.
“İdarə Heyətimiz tərəfindən verilən qərar nəticəsində ictimaiyyətə bildiririk ki, 2022-2023 mövsümünün qalan matçları mövcud şərtlərə görə davam etdirilə bilməz və buna görə də liqadan çəkilirik”, - açıqlamada vurğulanıb.
Xatırladaq ki, daha öncə ölkənin “Yeni Malatyaspor” və “Hatay” klubları çempionatda çıxışlarını dayandırdıqlarını elan etmişdilər.