Qelebə.az / "Hull"un rəqibi bəlli oldu: "Sauthempton" finalda

"Hull"un rəqibi bəlli oldu: "Sauthempton" finalda

Bu gün, 08:45

İngiltərə Çempionşip pley-offunun növbəti finalçısı bəlli olub.

QELEBE.AZ xəbər verir ki, yarımfinal mərhələsinin ikinci cütünün cavab oyununda "Sauthempton" doğma meydanda "Midlsboro"nu qəbul edib.

İlk matçda 0:0 bərabərə qalan komandaların ikinci matçında da əsas vaxtda qalib müəyyənləşməyib: 1:1.

Əlavə vaxtda daha bir qol vuran "Sauthempton" rəqibini məğlub etməyi bacarıb və adını finala yazdırıb.

Beləliklə, Premyer Liqaya vəsiqə uğrunda həlledici matçda "Hull Siti" və "Sauthempton" qarşı-qarşıya gələcək.

Final oyunu mayın 23-ü Londonda, "Uembli" stadionunda baş tutacaq. 

Geri qayıt