Qelebə.az / “Sabah” mükafatına nə zaman qovuşacaq? - RƏSMİ

“Sabah” mükafatına nə zaman qovuşacaq? - RƏSMİ

11-05-2026, 14:44

Misli Premyer Liqasının 32-ci turu çərçivəsində 17 may saat 18:00-da keçiriləcək “Sabah” – “Neftçi” oyunundan sonra mükafatlandırma mərasimi keçiriləcək.

Apasport.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Turnirin qalibi adını qazanmış “Sabah” futbol klubuna çempionluq kuboku və qızıl medallar təqdim ediləcək.

Geri qayıt