"Sabah"ın futbolçusu Coy Lens Mikels zədələnib.
"QELEBE.AZ"un məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi "Qarabağ"a qarşı keçirdikləri Premyer Liqanın XXII tur matçında xəsarət alıb.
Almaniyalı oyunçunu 32-ci dəqiqədə Kristian Sebalyos əvəzləyib.
Qeyd edək ki, "Qarabağ" hazırda 1:0 hesabı ilə öndədir. Coy Lens Mikels cari mövsüm çempionatda 12 qol vurub.