Qelebə.az / Paraüzgüçümüz Dünya seriyasında növbəti medalını qazanıb

Paraüzgüçümüz Dünya seriyasında növbəti medalını qazanıb

10-05-2026, 23:55

Almaniyanın paytaxtı Berlində keçirilən Paraüzgüçülük üzrə Dünya seriyasına yekun vurulub.

QELEBE.AZ xəbər verir ki, idmançımız Əli Vəliyev S10 kateqoriyasında 400 metr məsafəyə sərbəst üzmə üsulunda 4:37.18 nəticə ilə gənclər arasında gümüş medal qazanıb.

Qeyd edək ki, təmsilçimiz daha əvvəl 100 metr məsafəyə “butterfly” (kəpənək) üzmə üsulunda Dünya seriyasının bürünc medalına layiq görülüb.

Geri qayıt