Qelebə.az / “Karvan” Premyer Liqa ilə vidalaşdı - YENİLƏNİB

“Karvan” Premyer Liqa ilə vidalaşdı - YENİLƏNİB

Bu gün, 09:36

Bu gün Misli Premyer Liqasında XXXI tura yekun vurulacaq.

Apasport.az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma keçiriləcək.

Autsayder “Karvan-Yevlax” səfərdə “Turan Tovuz”un qonağı olub. Gərgin keçən görüşün taleyini bir qol həll edib. Tovuz təmsilçisi rəqibini minimal hesabla məğlub edib – 1:0.

Bu nəticədən sonra “Karvan-Yevlax”ın Premyer Liqanı rəsmən tərk edəcəyi dəqiqləşib.

Misli Premyer Liqası
XXXI tur
10 may

“Turan Tovuz” – “Karvan-Yevlax” 1:0
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, Niyaz Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Əmrah İbrahimov 
AFFA nümayəndəsi: Eldəniz Musayev
Tovuz şəhər stadionu, 17:00

Geri qayıt