2026-cı ilin 8–9 may tarixlərində Litva Respublikasının Vilnüs şəhərində K-1 Open Açıq Avropa Çempionatı keçirilib.
QELEBE.AZ xəbər verir ki, yarışda “Neftçi” İdman Klubunun 3 idmançısı iştirak edərək yüksək nəticələr əldə ediblər.
Təmsilçilərimizdən Rais Fərəcov çempion adına layiq görülüb.
Rəşid Rəşidli yalnız finalda məğlub olub. O, gümüş medala sahib çıxıb.
Məmmədli Ağabala isə fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.