"Qarabağ"ın futbolçusu Marko Yankoviçə ciddi cəza verilib.
Apasport.az xəbər verir ki, bununla bağlı AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Buna yarımmüdafiəçinin Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Sabah"la matçında etdikləri səbəb olub. Belə ki, o, hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığına, dəhlizdə hakimə fiziki təzyiq göstərməyə cəhd etdiyinə, hakimə hədə-qorxu gəldiyinə görə 8 matç oyuna buraxılmayacaq.
“Qarabağ” isə 25 500 manat cərimə edilib.