Qelebə.az / "Neftçi" Dünya Seriyasının yarımfinalında

"Neftçi" Dünya Seriyasının yarımfinalında

Bu gün, 12:51

"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Filippinin paytaxtı Manilada keçirilən Dünya Seriyasının mərhələsində yarımfinala yüksəlib.

Apasport.az xəbər verir ki, komanda 1/4 finalda Monqolustan millisini məğlub edib - 21:11.

"Ağ-qaralar" yarımfinalda ABŞ - "Ulan-Bator Amazons" (Monqolustan) duelinin güclüsü ilə qarşılaşacaq.

Xatırladaq ki, "Neftçi" ötən gün B qrupunda Polşa (22:14) və Çin (19:17) yığmalarına qalib gəlib.

Geri qayıt