16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində ilk oyununa çıxıb.
QELEBE.AZ xəbər verir ki, millimiz Litvanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Binə stadionunda keçirilən görüş rəqib komandanın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 25-ci dəqiqədə penaltidən Xədicə Rəhimova vurub.
Günün digər matçında Rumıniya yığması Gürcüstan seçməsini 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, U-16 növbəti oyununu mayın 8-də Rumıniya yığmasına qarşı keçirəcək.