Qelebə.az / Türkiyə Kuboku: “Konyaspor” “Beşiktaş”ı məğlub edərək finala çıxıb

Türkiyə Kuboku: “Konyaspor” “Beşiktaş”ı məğlub edərək finala çıxıb

Dünən, 23:39

Türkiyə Kubokunda ilk finalçı müəyyənləşib.

Apasport.az xəbər verir ki, yarımfinal mərhələsinin ilk oyununda “Beşiktaş” öz meydanında “Konyaspor”u qəbul edib.

Gərgin keçən qarşılaşmanın taleyini bir qol həll edib. Enis Bardhi 90+8-ci dəqiqədə vurduğu qolla qonaqlara minimalhesablı qələbə qazandırıb.

Qeyd edək ki, “Konyaspor” finalda “Gənclərbirliyi” – “Trabzonspor” cütünün qalibi ilə üz-üzə gələcək.

Geri qayıt