Qelebə.az / I səviyyə məşqçi sertifikatlaşdırma kursları təşkil ediləcək

I səviyyə məşqçi sertifikatlaşdırma kursları təşkil ediləcək

Bu gün, 12:57

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə iyunda I səviyyə məşqçi sertifikatlaşdırma kursları keçiriləcək.

QELEBE.AZ xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.

Kurs nəzəri və praktiki hissələrdən ibarət olacaq və "IJF Academy"yə müraciət etmək istəyənlər mütləq kursdan keçməlidirlər.

Azərbaycan Cüdo Federasiyasındakı tədbirin nəzəri hissəsi iyunun 1-6-sı, praktiki hissəsi isə 22-26-sı aralığında baş tutacaq.

Geri qayıt