İtaliya A Seriyasında XXV tura yekun vurulub.
QELEBE.AZ xəbər verir ki, günün və turun son matçında "Roma" "Stadio Olimpiko"da "Fiorentina"nı qəbul edib.
"Canavarlar" rəqibini meydançaya çıxmağa peşman edib: 4:0.
Xallarının sayını 64-ə çatdıran paytaxt təmsilçisi turnir cədvəlində 5-ci pilləyə yüksəlib. "Roma" Çempionlar Liqasına vəsiqə uğrunda 4-cü yerin sahibi "Yuventus"dan 1 xal geri qalır.
"Fio" isə 37 xalda qalıb və 16-cı pilləyə geriləyib.