"Qafqaz cüdoçularına xas olan əsas keyfiyyətlərdən biri güləş ruhudur. Bu keyfiyyət qandadır, milli dəyərlərlə, mədəniyyətlə ötürülür".
Bunu "Report"a müsahibəsində Beynəlxalq Cüdo Federasiyası (IJF) Akademiyasının Hakimlər Komitəsinin rəhbəri Daniel Laskau deyib.
O bildirib ki, Azərbaycan idmançılarının döyüşlərin nəticəsini son saniyələrdə necə həll etməsini, müxtəlif möhtəşəm hərəkətlərlə rəqiblərinə qalib gəlməsini və medallar qazanmasını izləmək inanılmazdır: "Bunu öyrətmək olmaz. Bu, genetik səviyyədədir".
Laskaunun sözlərinə görə, Azərbaycan cüdoçularının olimpiya və dünya çempionu olması, onların yetişdirilməsi üçün hər bir şərait - maliyyə, infrastruktur və idman kadrları var: "Bundan əlavə, komandanın nəticələri sabitdir, demək olar ki, idmançılar bütün yarışlarda bərabər və inamlı çıxış edir. Hər dövrdə milli komandanın heyətindən bir neçə istedadlı idmançı meydana çıxır. Əvvəlki nəslin ənənələrini davam etdirir. Ona görə də yeni böyük qələbələrin çox da uzaqda olmadığı şübhəsizdir".
Daniel Laskaunun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.