Qelebə.az / Braziliya Futbol Konfederasiyası Ançelotti ilə bağlı xəbərləri təkzib edib

Braziliya Futbol Konfederasiyası Ançelotti ilə bağlı xəbərləri təkzib edib

10-02-2023, 23:45

Braziliya Futbol Konfederasiyası (CBF) İspaniya "Real Madrid"inin baş məşqçisi Karlo Ançelottinin yığmanın sükanı arxasına keçəcəyi ilə bağlı xəbərləri təkzib edib.

"Report"un məlumatına görə, CBF-in prezidenti Ernaldo Rodriges qurumun rəsmi saytına açıqlamasında yayılan informasiyanın həqiqətə uyğun olmadığını söyləyib.

O bildirib ki, məsələ şəffaf şəkildə həll ediləcək və yeni baş məşqçinin adı yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, Braziliya millisinə son olaraq Tite başçılıq edib. O, DÇ-2022-dəki uğursuzluqdan sonra istefa verib.

Geri qayıt