Qelebə.az / “Fənərbaxça” Ahmet Çakarın iddialarına cavab verdi

“Fənərbaxça” Ahmet Çakarın iddialarına cavab verdi

Bu gün, 17:05

“Fənərbaxça” son günlər yayılan iddialarla bağlı rəsmi açıqlama yayıb.

QELEBE.AZ xəbər verir ki, klubun bəyanatında “Sky Sport”un yutub kanalında Ahmet Çakar tərəfindən səsləndirilən fikirlərin həqiqəti əks etdirmədiyi və tamamilə əsassız olduğu bildirilib.

Qeyd olunub ki, texniki heyətlə futbolçular arasında hər hansı qarşıdurma və ya insidentin yaşanması ilə bağlı iddialar doğru deyil. Klub ictimaiyyəti bu cür məlumatlara inanmamağa çağırıb.

Eyni zamanda vurğulanıb ki, sözügedən açıqlamalarla bağlı hüquqi addımlar atılacaq.

Xatırladaq ki, Ahmet Çakar komanda daxilində gərginlik və qarşıdurmaların yaşandığını iddia etsə də, “Fənərbaxça” bu iddiaları qəti şəkildə təkzib edib.

Geri qayıt