Qelebə.az / Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb 

Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb 

Dünən, 22:09

Bakıda, Dənizkənarı Bulvar ərazisində yelkən idmanı üzrə “Prezident Kuboku 2026” turniri keçirilir.

QELEBE.AZ xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan reqatada idmançılar iki kateqoriyada  - yeniyetmələr Optimist, gənclər isə İLCA4 sinfi üzrə mübarizə aparırlar. 

Qeyd edək ki, yelkən idmanı üzrə "Prezident Kuboku 2026" mayın 3-də yekunlaşacaq. Turnirin ikinci günündə də idmançılar eyni məkanda - Bakı bulvarında, “Yaxt Klub”un yaxınlığında yarışacaqlar. Qaliblər iki günün nəticəsinə əsasən idmançıların xal hesabına görə müəyyənləşəcək.

Geri qayıt