Qelebə.az / Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək

Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək

Bu gün, 16:56

9-11 may tarixlərində Sərbəst Piramida bilyard idman növü üzrə ölkə çempionatı keçiriləcək.

QELEBE.AZ xəbər verir ki, bu barədə Azərbaycan Bilyard Federasiyası məlumat yayıb.

Bildirilib ki, yarışda Azərbaycanın ən güclü bilyardçıları bir araya gələrək çempionluq uğrunda mübarizə aparacaqlar.

Turnir çərçivəsində gərgin oyunlar, yüksək peşəkarlıq və maraqlı qarşılaşmaların şahidi olunacağı gözlənilir.

Qeyd edək ki, turnir Heydər Əliyev adına idman-konsert kompleksində baş tutacaq.

Geri qayıt