Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
QELEBE.AZ xəbər verir ki, Portuqaliyanın “Braqa” klubu Almaniya təmsilçisi “Frayburq”u qəbul edib.
Meydan sahibləri görüşün son saniyələrində vurduğu qolla rəqibini məğlub edib: 2:1.
Digər matçda isə İngiltərə komandaları qarşılaşıb. “Nottingem Forest” doğma azarkeşləri önündə “Aston Villa”ya minimal hesabla qalib gəlib: 1:0.
Qeyd edək ki, bu mərhələnin cavab oyunları mayın 7-də keçiriləcək.
UEFA Avropa Liqası
Yarımfinal mərhələsi, ilk oyunlar
23:00. “Braqa” - “Frayburq” 2:1
23:00. “Nottingem Forest” - “Aston Villa” 1:0