Qelebə.az / Premyer Liqada baş məşqçi ayrılığı

Premyer Liqada baş məşqçi ayrılığı

Bu gün, 13:40

"Börnli"də ayrılıq yaşanıb.

Apasport.az xəbər verir ki, klub baş məşqçisi Skott Parkerlə yollarını ayırıb.

Bunu İngiltərə təmsilçisinin mətbuat xidməti açıqlayıb.

45 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Buna səbəb komandanın Premyer Liqanı tərk edəcəyinin dəqiqləşməsi olub. Yeni baş məşqçisinin tezliklə təqdim olunacağı bildirilib.

Qeyd edək ki, "Börnli" 2024/25 mövsümündə Skott Parkerin rəhbərliyi altında Premyer Liqaya vəsiqə qazanıb.

Geri qayıt