Qelebə.az / Azərbaycan millisi Albaniya və Sloveniya yığmaları ilə qarşılaşacaq

Azərbaycan millisi Albaniya və Sloveniya yığmaları ilə qarşılaşacaq

10-02-2023, 18:21

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunları keçirəcək.

"QELEBE.AZ" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, rəqiblər Albaniya və Sloveniyanın müvafiq yaş qrupu üzrə yığmaları olacaq.

Hər iki qarşılaşma 20 - 27 martda Türkiyənin Antalya şəhərində təşkil ediləcək təlim-məşq toplanışı zamanı baş tutacaq.

Samir Əliyevin baş məşqçi olduğu kollektiv martın 23-də Albaniya, 26-da isə Sloveniya ilə üz-üzə gələcək.

Geri qayıt