Qelebə.az / Cerrard üçün yeni variant: İNGİLTƏRƏ KLUBU

Cerrard üçün yeni variant: İNGİLTƏRƏ KLUBU

Bu gün, 13:51

Stiven Cerrardın işsiz günləri başa çata bilər.

Apasport.az xəbər verir ki, mütəxəssisin xidmətində "Bristol Siti" maraqlıdır.

Çempionşip klubu hazırda onunla danışıqlar aparır.

45 yaşlı çalışdırıcı komandanın baş məşqçisi postuna əsas namizəd hesab olunur.

"Bristol Siti"nin nümayəndələri artıq Cerrarda komandanın uzunmüddətli inkişaf planını təqdim ediblər. Razılıq əldə olunarsa, o , müvəqqəti baş məşqçi vəzifəsini icra edən Roy Hocsonu əvəz edəcək.

Bildirilir ki, Stiven özü də təklifə müsbət yanaşır.

Geri qayıt