Qelebə.az / Kolumbiyalı müdafiəçi "Qarabağ"ın TARİXİNƏ DÜŞÜB

Kolumbiyalı müdafiəçi "Qarabağ"ın TARİXİNƏ DÜŞÜB

Bu gün, 11:20

Kevin Medina “Qarabağ”ın heyətində 200-cü oyununu keçirib.

QELEBE.AZ xəbər verir ki, kolumbiyalı müdafiəçinin yubileyi Misli Premyer Liqasının XXIX turunun “Neftçi” ilə görüşünə (5:1) təsadüf edib.

O, 200 matçda 6 qola imza atıb.

Bu görüş Kevinin çempionatda 117-ci (3 qol) oyunu olub. O, avrokuboklarda 69 (3 qol), ölkə kubokunda 14 dəfə meydana çıxıb.

Qeyd edək ki, cənubi amerikalı 2020-ci ilin yayından “Qarabağ”da forma geyinir.

Geri qayıt