Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldunun karyerası ərzində 4 və daha çox qol vurduğu oyunların siyahısını açıqlayıb.
“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı hücumçu indiyə qədər 11 dəfə pokerə imza atıb.
Ronaldu bunların ikisində rəqib qapılarından 5 top keçirməklə penta-trik müəllifi olub.
Qeyd edək ki, Ronaldu son pokerini fevralın 9-da Səudiyyə Ərəbistanı çempionatının XVI turunda “Əl-Vahda” ilə görüşdə edib. Portuqaliyalı karyerası ərzində milli çempionatlarda vurduğu ümumi qol sayını isə 503-ə çatdırıb.
| Komandası | Oyun | Tarix | Turnir | Qol | |
| 1 | “Real Madrid” | “Rasinq” – 6:1 | 23.10.2010 | ML | 4 |
| 2 | “Real Madrid” | “Sevilya” – 6:2 | 07.05.2011 | ML | 4 |
| 3 | “Real Madrid” | “Elçe” – 5:1 | 23.09.2014 | ML | 4 |
| 4 | “Real Madrid” | “Qranada” – 9:1 | 05.05.2015 | ML | 5 |
| 5 | “Real Madrid” | “Espanyol” – 6:0 | 12.09.2015 | ML | 5 |
| 6 | “Real Madrid” | “Malmö” - 8:0 | 08.12.2015 | ÇL | 4 |
| 7 | “Real Madrid” | “Selta” – 7:1 | 05.03.2016 | ML | 4 |
| 8 | Portuqaliya | Andorra – 6:0 | 07.10.2016 | DÇ SM | 4 |
| 9 | “Real Madrid” | “Xirona” – 6:3 | 18.03.2018 | ML | 4 |
| 10 | Portuqaliya | Litva – 5:1 | 10.09.2019 | AÇ SM | 4 |
| 11 | “Əl-Nəsr” | “Əl-Vahda” – 4:0 | 09.02.2023 | ML | 4 |
Qeyd: ML (Milli Liqa), ÇL (Çempionlar Liqası), DÇ SM (Dünya Çempionatının Seçmə Mərhələsi), AÇ SM (Avropa Çempionatının Seçmə Mərhələsi).