Türkiyə Super Liqasında XXXI turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, günün ən maraqla gözlənilən qarşılaşması İstanbulda baş tutacaq.
“Qalatasaray” öz meydanında əzəli rəqibi “Fənərbaxça” ilə üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Matçın baş hakimi Yasin Kol olacaq.
Qeyd edək ki, turnir cədvəlinə 71 xalla “Qalatasaray” başçılıq edir. Aktivində 67 xalı olan “Fənərbaxça” isə ikinci pillədə qərarlaşıb.
Türkiyə Super Liqası
XXXI tur
21:00. "Qalatasaray" - "Fənərbaxça"