Türkiyə Super Liqasında XXXI tura start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə bir oyun baş tutub.
"Başakşəhər" doğma meydanda "Kasımpaşa"nı qəbul edib.
İstanbul təmsilçisi rəqibini darmadağın edib: 4:0
Xallarının sayını 51-ə çatdıran "bayquşlar" turnir cədvəlində 5-ci pilləyə yüksəlib.
"Qalatasaray" 71 xalla 1-ci, "Fənərbaxça" 67 xalla 2-ci pillədədir.