Qelebə.az / "Qalatasaray" öz meydanında məğlub olaraq kubokla vidalaşıb

"Qalatasaray" öz meydanında məğlub olaraq kubokla vidalaşıb

Dünən, 23:30

Bu gün futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinin növbəti oyunu baş tutub.

QELEBE.AZ xəbər verir ki, mərhələnin ikinci qarşılaşmasında "Qalatasaray" "Rams Park"da "Gənclərbirliyi" ilə üz-üzə gəlib.

Həftəsonu Super Liqa çərçivəsində rəqibini 2:1 məğlub edən "cim-bom" bu dəfə Ankara təmsilçisinə "diş keçirə" bilməyib.

Qonaqlar 2:0-lıq qələbə ilə "Qalatasaray"ı kubokdan kənarda qoyublar.

Fıratcan Uzum və Adama Traorenin qollarıyla "Gənclərbirliyi" adını yarımfinala yazdırıb.

"Qırmızı-qaralar"ın yarımfinaldakı rəqibi "Trabzonspor" - "Samsunspor" cütünün qalibi olacaq.

Geri qayıt