"Milan"ın yarımmüdafiəçisi Luka Modriç Xorvatiyada ilin ən yaxşı futbolçusu mükafatına layiq görülüb.
QELEBE.AZ xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
40 yaşlı futbolçu karyerası ərzində 14-cü, ardıcıl olaraq isə 13-cü dəfə bu titula sahib çıxıb.
Yarımmüdafiəçi cari mövsümdə "Milan"ın heyətində bütün turnirlər daxil olmaqla 35 matçda meydana çıxıb, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Luka Modriçin klubla müqaviləsinin müddəti 2026-cı ilin iyununa qədərdir.