Qelebə.az / Burak getdi, "Qaziantep" vacib qələbə qazandı

Burak getdi, "Qaziantep" vacib qələbə qazandı

Dünən, 23:28

Futbol üzrə Türkiyə Super Liqasında 30-cu tura yekun vurulub.

QELEBE.AZ xəbər verir ki, son oyun günündə 1 qarşılaşma baş tutub. 

Burak Yılmazın istefasının ardınca ilk matçına çıxan "Qaziantep" doğma meydanda "Kayserispor"u qəbul edib.

Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarının sayını 37-yə yüksəldən "Qaziantep" "təhlükəli zona"dan bir az da uzaqlaşaraq 10-cu pillədə qərarlaşıb.

"Kayserispor" isə 23 xalla 17-ci pillədə qalıb.

Turnir cədvəlinə 71 xalla "Qalatasaray" başçılıq edir.

Mövsümün başa çatmasına 4 tur qalıb.

Geri qayıt