İngiltərə Premyer Liqası təmsilçisi “Mançester Yunayted” yayda heyətini gücləndirməyi planlaşdırır.
QELEBE.AZ xəbər verir ki, “qırmızı şeytanlar” “Borussiya Dortmund”un hücumçusu Karim Adeyemini yay transfer pəncərəsində heyətinə qatmaq niyyətindədir.
Bu barədə “The Sun” nəşri məlumat yayıb.
İngiltərə klubu 24 yaşlı cinah oyunçusunu 2026-cı ilin yay transfer dövrü üçün əsas hədəflərdən biri kimi müəyyənləşdirib.
Bundesliqa təmsilçisi Adeyemini təxminən 65–70 milyon avro qarşılığında satmağa hazırdır.
Qeyd edək ki, Almaniya millisinin üzvünün “Dortmund”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.